Türkiyədə koronavirusdan ölüm sayı azalır

Türkiyədə koronavirusdan ölüm sayı azalır
  18 Fevral 2021    Oxunub:1981
Türkiyədə son sutka ərzində 86 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 7325 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 27 738, virusa yoluxanlar isə 2 609 359 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 496 833 pasiyent (son sutkada 7209 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  



Xəbər lenti