Türkiyə-Suriya sərhədində partlayış - 26 ölü

Türkiyə-Suriya sərhədində partlayış - 26 ölü
  21 Fevral 2014    Oxunub:1128
Türkiyənin Kilis vilayətindəki Öncüpınar sərhəd-nəzarət buraxılış məntəqəsinin yaxınlığında Suriya ərazisində güclü partlayış baş verib. AzVision.az türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayıcı maddə ilə dolu avtomobil Suriyanın əs-Səlame sərhəd məntəqəsi yaxınlığında saat 15:45-də partladılıb.

Partlayış nəticəsində hadisə yerində 20 nəfər həlak olub, həmçinin altı nəfər Türkiyə ərazisindəki xəstəxanaya aparılarkən yolda ölüb, daha 50 nəfər yaralanıb.


Teqlər:  





Xəbər lenti