Netanyahu və Bayden danışıqlar apardı

Netanyahu və Bayden danışıqlar apardı
  18 Fevral 2021    Oxunub:1548
İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Co Bayden arasında ilk telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Qeyd olunub ki, söhbət təxminən bir saat davam edib. Tərəflər sülh razılaşmalarını, İran təhdidini, regional çağırışları müzakirə ediblər, İsrail ilə ABŞ arasında ittifaqın gücləndirilməsi üçün dialoqun davamlı aparılmasının zəruriliyini vurğulayıblar.

Həmçinin, koronavirusa qarşı peyvənd və pandemiyaya ilə mübarizə ətrafında fikir mübadiləsi aparılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İsrail  





Xəbər lenti