Gürcüstan XİN rəhbərinin Azərbaycana səfər proqramı açıqlandı

Gürcüstan XİN rəhbərinin Azərbaycana səfər proqramı açıqlandı
  18 Fevral 2021    Oxunub:1650
Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani 18-19 fevral tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər zamanı XİN rəhbəri Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək, daha sonra azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.

David Zalkaliani fevralın 19-da Bakıda keçiriləcək Gürcüstan-Azərbaycan-Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündə iştirak edəcək.

O, həmçinin türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə təkbətək görüş keçirəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DavidZalkaliani  





Xəbər lenti