Gürcüstan hökuməti tam tərkibdə istefa verdi - YENİLƏNİB

 Gürcüstan hökuməti tam tərkibdə istefa verdi -  YENİLƏNİB
  18 Fevral 2021    Oxunub:2572
Bu gün Gürcüstan hökuməti tam tərkibdə istefa verib.
Azvision.az xəbər verir ki, buna səbəb baş nazir Giorgi Qaxariyanın istefası ilə onun səlahiyyətlərinin dayandırılmasıdır.

Hökumət üzvləri yeni baş nazirin təyinatına qədər vəzifələrini icra edəcəklər.

Ölkə parlamenti iki həftə ərzində yeni hökumət və onun təqdim etdiyi Nazirlər Kabinetinə etimad göstərməlidir. Hökumətə etimad üçün parlament çoxluğunun dəstəyi tələb olunur.

***
Gürcüstanın baş naziri Giorgi Qaxariya vəzifəsindən istefa verib.

Azvision.az xəbər verir ki, o, bununla bağlı bəyanat yayıb.

Qaxariya qeyd edib ki, istefasının səbəbi komandası ilə bəzi məsələlərdə razılığa gələ bilməməsidir.

Azvision.az


Teqlər: Gürcüstan   Qaxariya  



Xəbər lenti