Şaxtalı havaya görə qaza tələbat artıb

Şaxtalı havaya görə qaza tələbat artıb
  18 Fevral 2021    Oxunub:2058
Şəbəkəyə qəbul olunan təbii qazın həcmi artıb.
“Azəriqaz” İstehsalat Birliyindən Azvision.az -a bildirilib ki, dünəndən etibarən ölkədə hava şəraiti kəskin şəkildə dəyişib. Xüsusən də dağlıq rayonlarda şaxtalı hava müşahidə olunur.

““Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları çalışır ki, heç yerdə qaz təchizatında dayandırma olmasın. Bəzi qısamüddətli fasilələr isə bizdən asılı olmayan qəza hallarından irəli gələrək baş verib. Ümumilikdə, şəbəkəyə qəbul olunan qazın həcmində də artım var. Təkcə fevral ayının 17-də əhali abonentləri üzrə 32 milyon kubmetrədək qaz qəbulu olub. Ötən ilin eyni günü ilə müqayisədə artım 2,6 milyon kubmetrə bərabərdir. Deməli, tələbat var və bu da sonda sərfiyyatın artımı anlamına gəlir.

Abonentlərdən qaz təchizatında hər hansı problemlə üzləşdikləri zaman 104/185 saylı Çağrı mərkəzinə, (+99477) 3 104 104 saylı “WhatsApp” nömrəsinə, birliyin rəsmi “Facebook” səhifəsinə yazmaları xahiş olunur”.

Azvision.az



Teqlər: Azəriqaz  





Xəbər lenti