BNA piyadanın vurulmasına aydınlıq gətirdi

BNA piyadanın vurulmasına aydınlıq gətirdi
  18 Fevral 2021    Oxunub:1415
Metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında avtobusun piyadanı vurması ilə bağlı məsələ araşdırılıb.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib. Onun sözlərinə görə, hadisə özəl şirkətlərdən birinə məxsus xidməti avtobusun iştirakı ilə baş verib.

"Ötən gün qeyd olunan ərazidə müntəzəm və ekspress xətlər üzrə sərnişin avtobuslarının iştirakı ilə piyadanın vurulması halı olmayıb", - deyə BNA rəsmisi qeyd edib.

Azvision.az


Teqlər: BNA   Qəza  






Xəbər lenti