Rusiyada koronavirusdan daha 480 nəfər öldü

Rusiyada koronavirusdan daha 480 nəfər öldü
  18 Fevral 2021    Oxunub:1318
Rusiyada son sutka ərzində koronavirusa 13 447 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 125 598 nəfərə çatıb.

Rusiyada son sutkada 480 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 81 926 nəfərdir. İndiyə qədər 3 661 312 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus   Pandemiya  



Xəbər lenti