Rusiya XİN Lavrov-Ayvazyan görüşü barədə açıqlama yaydı

 Rusiya XİN Lavrov-Ayvazyan görüşü barədə açıqlama yaydı
  18 Fevral 2021    Oxunub:1592
Fevralın 17-də Moskvada Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrovla Ara Ayvazyan arasında görüş baş tutub.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, görüş zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının həyata keçirilməsinin bütün aspektləri hərtərəfli müzakirə edilib:

“Əsas diqqət hərbi əsirlərin mübadiləsi, humanitar yardım, baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupu vasitəsilə səylər kontekstində məsələlər, eyni zamanda regionda nəqliyyat əlaqələrinin bərpasının müzakirəsinə yönəlib".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ  



Xəbər lenti