Qaxariya niyə istefa verdi?

 Qaxariya niyə istefa verdi?
  18 Fevral 2021    Oxunub:2000
Gürcüstanın baş naziri Giorgi Qaxariya bu gün keçirdiyi xüsusi brifinqdə vəzifəsindən istefa verdiyini açıqlayıb.

Azvision.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, hökumət başçısı ölkədəki siyasi böhran fonunda belə qərar verdiyini bildirib.
“Bu addımın ölkəmizdəki qütbləşmənin azalmasına kömək edəcəyinə inanıram. Çünki əminəm ki, aramızdakı qütbləşmə və qarşıdurma ölkəmizin gələcəyi, iqtisadi inkişaf və hər cür böhran üçün ən böyük riskdir".

Eyni zamanda, Qaxariya istefanın səbəbini hakim partiya ilə müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliyanın həbsdə saxlanılması barədə məhkəmə qərarına dair fikir ayrılığı ilə izah edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: GiorgiQaxaria  





Xəbər lenti