Halsız vəziyyətdə olan vətəndaşlar xilas edilib

Halsız vəziyyətdə olan vətəndaşlar xilas edilib
  18 Fevral 2021    Oxunub:1009
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Nizami rayonunda 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşları halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.


Azvision.az


Teqlər: FHN   Gəncə  






Xəbər lenti