Azərbaycanla Türkmənistan arasında yeni saziş hazırlanır

   Azərbaycanla Türkmənistan arasında yeni saziş hazırlanır
  18 Fevral 2021    Oxunub:1394
Azərbaycanla Türkmənistan arasında yeni hökumətlərarası saziş hazırlanacaq.
Azvision.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində imzalanmış Anlaşma Memorandumunda qeyd olunub.

Memorandumda bildirilib ki, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə əməkdaşlığı tənzimləmək üçün tərəflər hökumətlərarası saziş imzalayacaq.

Sazişin qısa zamanda hazırlanması üçün hökumətlər birgə işçi qrupu yaradacaqlar.

Qeyd edək ki, memorandum bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib. Sənədə əsasən, “Dostluq” yatağı 30% Azərbaycana, 70% Türkmənitana nisbətində bölüşdürülür.


Teqlər: Azərbaycan   Türkmənistan   Saziş  





Xəbər lenti