İş adamının Londonda oxuyan qızı intihar etdi

İş adamının Londonda oxuyan qızı intihar etdi
  21 Fevral 2014    Oxunub:1143
Polina Artamonova qarışılıqsız sevgi üzündən həyatına qəsd edib.
Rusiyalı iş adamı İqor Artamonovun Qrinviçdəki bahalı “Bellerbys” kollecində oxuyan qızı Polina hüşsuz vəziyyətdə öz otağında tapılıb.

ANS PRESS-in məlumatına görə, onun qanında yüksək dozada alkoqol və dərmanlar aşkarlanıb. Ehtimal edilir ki, 17 yaşlı qız şəxsi həyatındakı problemlər üzündən intihar edib.

Faciəli hadisə yanvarın 21-də baş verib, amma hadisə barədə yalnız indi məlumat verilib. Polis qızın ölümündə şübhəli heç nə görmür. Artamanovlar bildiriblər ki, baş verənlərin bütün detallarını ortaya çıxarmaq üçün özləri araşdırma aparmaq istəyirlər.

Qızın dostları bildiriblər ki, o, qarışılıqsız sevgi üzündən çox halsız olub. Onun rusiyalı dostlarından biri bildirib ki, Polina Artamonova çox qapalı qız olub. "O, aşiq olmuşdu və bununla bağlı çətinlikləri vardı. Düşünürəm ki, ailəsi bundan xəbərsiz idi", - deyə dostu bildirib.


Teqlər:





Xəbər lenti