Ermənistan Qarabağda 4 mindən çox itki verdiyini açıqladı

Ermənistan Qarabağda 4 mindən çox itki verdiyini açıqladı
  18 Fevral 2021    Oxunub:2673
Hazırda Ermənistanın Qarabağdakı son döyüşlərdə qurbanlarının rəsmi sayı 4005 nəfərdir.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2020-ci il sentyabrın 27-dən 2021-ci il fevralın 13-dək döyüşlərdə ölən 3577 hərbçinin meyitinin məhkəmə-tibbi ekspertizası aparılıb. 428 nümunə DNT testi mərhələsindədir.

Erməni mətbuatı yazır ki, yanvarın 20-də baş nazirin müavini Tiqran Avinyan parlamentdə çıxışı zamanı itkilərin sayının 4000 nəfəri keçməyəcəyini “vəd etməklə” növbəti dəfə yalan danışdı.

"Əslində, artıq qurbanların sayı 4 mini keçib, itkin düşənlər barədə isə məlumat verilməyib".

Ümumilikdə isə bəzi mənbələrdə Ermənistanın itkilərinin 6-7 min nəfər olduğu qeyd edilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: itki  





Xəbər lenti