Qalmağa yeri olmayan 47 nəfər sığınacağa yerləşdirildi

Qalmağa yeri olmayan 47 nəfər sığınacağa yerləşdirildi
  18 Fevral 2021    Oxunub:1777
Çətin həyat şəraitində olan 18 yaşdan yuxarı müəyyən yaşayış yeri olmayan şəxslərin reabilitasiya şöbəsində hazırda 47 nəfərə xidmət göstərilir. Onlardan 15-i qadın, 32-si işə kişidir.
Bu barədə Azvision.az -a Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov deyib. O bildirib ki, həmin şəxslərdən 4 nəfər (4 kişi) 15-18 fevral tarixlərində yerləşdirilib.

"Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası şöbəsində hazırda 11 uşağa qayğı göstərilir. Onlardan 5 nəfəri qız, 6 nəfəri oğlandır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Kimsəsizlər   Reabilitasiya-mərkəzi  





Xəbər lenti