Prezident Türkiyə ilə bağlı mühüm sənədi təsdiqlədi

Prezident Türkiyə ilə bağlı mühüm sənədi təsdiqlədi
  18 Fevral 2021    Oxunub:2946
Prezident İlham Əliyev “Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında 1 saylı Protokolun təsdiq edilməsi barədə” qanunu təsdiqləyib.
Azvision.az xəbər verir ki, qanun Azərbaycan vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahət etməsini nəzərdə tutur.

Qanuna əsasən, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi (Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 saylı sənədinin və onun cari əlavələrinin standartlarına müvafiq olaraq maşınla oxunan və biometrik məlumatları ehtiva edən) Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısına daxil edilib. Bu məsələ eyni zamanda Türkiyə vətəndaşlarının Azərbaycana səfərinə də şamil olunub.

Qeyd edək ki, Azərbaycan və Türkiyə vətəndaşları qarşılıqlı olaraq 90 gün müddətində vizadan azad səyahət etmək hüququna malikdirlər.

Azvision.az


Teqlər: İlham-Əliyev   Türkiyə   Viza  





Xəbər lenti