Fransanın soyqırımda əli olub - Yeni Dəlillər
Məktub Fransanın keçmiş prezidenti Fransua Mitteranın müşavirinin arxivində aşkar edilib. Məlum olub ki, rəsmi Paris şübhəlilərin Fransız əsgərlərinin nəzarəti altında olan "humanitar təhlükəsiz bölgəyə" sığındıqlarından xəbərdar olub.
Qeyd edək ki, əsgərlər bölgəyə 1994-cü ilin iyununda BMT-nin əmri ilə Turkuaz əməliyyatı çərçivəsində Tutsi etnik azlığı arasında ən az 800.000 insanın ölümü ilə nəticələnən qırğınları dayandırmaq üçün gəlmişdilər.
Mediapartda dərc olunan məqalədə bildirilir ki, səfir Gerard rəhbərliyə məktub yazaraq soyqırımı şübhəliləri ilə bağlı nə etməli olduğunu soruşub.
"Bizim başqa bir seçimimiz yoxdur. Ya onları həbs etməliyik, ya da ev dustaqlığına götürüb beynəlxalq məhkəmə orqanlarının onların işi ilə bağlı qərarını gözləməliyik”.
Səfirə cavabında Fransanın Xarici İşlər Nazirliyi bildirib ki, özünü ifşa etməmək şərtilə, bütün dolayı kanallardan, xüsusilə Afrikadakı əlaqələrindən istifadə etsin və səlahiyyətli şəxslərə Fransanın şübhəliləri “Humanitar Təhlükəsiz Bölgə”dən çıxarmaq arzusunu çatdırsın.
“Xüsusilə qeyd edin ki, beynəlxalq ictimaiyyət və BMT bu qondarma rəhbərliklə bağlı necə davranılacağını tezliklə müəyyənləşdirəcək”, - deyə Fransanın Xarici İşlər nazirliyi Ruandanın cənub-qərbində sığınacaq axtaran keçmiş Hutu rejiminə eyhamla əlavə edib.
Səfirə cavab məktubunu imzalayan Fransa XİN-in müşaviri Bernard Emi olub. Qeyd edək o, hazırda Fransanın DGSE xarici kəşfiyyat xidmətinin rəhbəridir.
Ruanda ilə Fransa arasında gərginlik bu gün də davam edir. Fransa Hutu rejimini dəstəklədiyini təkzib etsə də, XİN-in cavab məktubundan bəlli olur ki, əslində rəsmi Parisə qarşı iddialar əsaslıdır.
Xatırladaq ki, 2019-cu ildə Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Afrikadakı qaranlıq keçmişi ilə bağlı iddiaları araşdırmaları üçün tarixçi və araşdırmaçılardan ibarət ekspert qrupu yaradıldığını bəyan etmişdi. Hərçənd Ruanda heç vaxt Fransanın koloniyası olmayıb. 1962-ci ildə Belçikadan ayrılaraq müstəqillik qazanıb.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


