Əli Əsədov Fuat Oktayla görüşdü

 Əli Əsədov Fuat Oktayla görüşdü
  18 Fevral 2021    Oxunub:2368
Türkiyənin vitse-prezidenti Fuat Oktay bu ölkədə səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədovla görüşüb.

Azvision.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Prezident sarayında keçirilən görüşdə F.Oktay Baş nazir Əli Əsədovu və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməkdən qürur duyduqlarını bildirib.
F.Oktay deyib ki, 30 il əsarət altında olan Qarabağ torpaqlarının azad edilməsində olduğu kimi, Türkiyə sona qədər Azərbaycanın yanında qalacaq.

"Biz bir millətik və bunu göstərəcəyik. Təkcə müharibə meydanında deyil, sonrakı mərhələdə, o bölgələrin bərpasında və inşasında da Azərbaycanla birlikdə olacağıq".

Ə.Əsədov isə öz növbəsində Qarabağ məsələsində olduğu kimi, koronavirus probleminə qarşı mübarizədə göstərilən dəstəyə görə Türkiyəyə minnətdarlığını bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Əli-Əsədov   Türkiyə  



Xəbər lenti