Erməni politoloq: Britaniya İrəvanı iqnor edib

  Erməni politoloq:  Britaniya İrəvanı iqnor edib
  19 Fevral 2021    Oxunub:2211
Erməni politoloq Stepan Danielyan 44 günlük müharibədən sonra hələ də özünə gələ bilməyən İrəvanın siyasi-diplomatik uğursuzluğundan gileylənib.
Azvision.az xəbər verir ki, o, Ermənistanın bir çox suallara cavab tapmalı olduğu söyləyib. Erməni politoloq ilk növbədə son vaxtlar Azərbaycanla strateji əməkdaşlığını daha da gücləndirən Böyük Britaniyanın İrəvanı iqnor etdiyini deyib.

"Nələrin baş verdiyini, nəyi düzgün etmədiyimizi, bundan sonra nə edəcəyimizi başa düşmək üçün cavab tapmalı olduğumuz suallar var. Məsələn, müharibə zamanı niyə tək qaldıq? Niyə Böyük Britaniya BMT Təhlükəsizlik Şurasında atəşkəs qətnaməsinə veto qoydu? Niyə Amerika atəşkəs müqabilində neytral ölkələrdən olan sülhməramlıları təklif etdi və sonra geri çəkildi. Amma sonra müəyyən şərtlərlə Rusiya ilə atəşkəsi qəbul etdi? Boltonun 2018-ci ildəki təklifləri ilə Rusiyanın reallaşdırdığı sonrakı hadisələr arasındakı fərq nədir? Əslində, Boltonun bütün təklifləri bu gün yerinə yetirilib. Lavrov planı ilə Bolton planı arasında nə fərq var? Hakimiyyət dəyişikliyini bir Rusiya "razılaşması" kimi qəbul etsək, o zaman Qərbin təsiri altında olan parlament deputatları niyə “Rusiya KQB-sinin casusu” olan Nikolun bütün təşəbbüslərini dəstəkləyir?", - deyə politoloq vurğulayıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Erməni-politoloq   Böyük-Briyaniya   Müharibə   Dəstək  



Xəbər lenti