Güclü külək erməni postunu uçurdu - VİDEO

 Güclü külək erməni postunu uçurdu -   VİDEO
  19 Fevral 2021    Oxunub:3396
Ermənistan mətbuatında hərbi postlardan birindəki acınacaqlı durumu əks etdirən videogörüntülər yayımlanıb.
Azvision.az xəbər verir ki, dağlıq ərazidə qurulmuş əsgər çadırı güclü külək səbəbindən uçub. Əsgərlər şaxtalı, boranlı havada sığınacaqsız qalıblar.

Oğlu həmin postda xidmət edən erməni qadın deyib ki, gənc əsgərlər fevralın 3-dən şəraitsiz çadırlarda qalırlar: "Hərbi avtomobillərdən külək və boranın çadırları uçurmaması üçün süni sipər düzəltsələr də, bunun bir xeyri olmur. Yayılan videodan da göründüyü kimi külək çadırı tamamilə aparıb, əsgərlər boranlı havada çöldə qalmalı olublar. O ərazidə heç bir hərbi mövqe yoxdur, sadəcə çadırlar qururlar".

Əsgər anası təhlükəsizliyinə zəmanət olmadığı üçün övladlarının bundan sonra Qarabağda xidmətə yollanmasını istəmədiklərini söyləyib.



Tural Tağıyev
Azvision.az


Teqlər: Post   Külək   Erməni  



Xəbər lenti