Ərdoğan Putinlə Qarabağı müzakirə etdi

 Ərdoğan Putinlə Qarabağı müzakirə etdi
  18 Fevral 2021    Oxunub:2188
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Telefon söhbəti zamanı Ərdoğan Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətini uğurla davam etdirdiyini vurğulayıb.

Türkiyə lideri əlavə edib ki, Qarabağda nəqliyyat-kommunikasiya xətlərinin bərpasında 3 ölkənin mütəxəssisləri bir araya gələ bilər.

Bundan əlavə, Türkiyə və Rusiya prezidentləri Suriya, eləcə də Liviya münaqişələrini də müzakirə ediblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VladimirPutin  





Xəbər lenti