Əlcəzairin Bakıdakı səfirliyi şəhidləri andı - FOTO

Əlcəzairin Bakıdakı səfirliyi şəhidləri andı -  FOTO
  18 Fevral 2021    Oxunub:2670
Əlcəzairin Bakıdakı səfirliyi ölkənin azadlığı və müstəqilliyi uğrunda döyüş meydanında mübarizə apararaq şəhid olan vətəndaşların xatirəsini anıb.
Bu barədə Azvision.az -a Əlcəzairin Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilib ki, anım mərasimində ölkənin bayrağı qaldırılıb.

Əlcəzairdə şəhidlər gününün qeyd olunması ilə bağlı qərar 18 fevral 1990-cı ildə elan edilib.

Açıqlamada vurğulanıb ki, hər il fevral ayının 18-də ölkənin müstəqilliyi uğrunda fransız müstəmləkəçiliyinə qarşı mübarizə aparmış və həlak olmuş bir milyondan artıq əlcəzairlinin xatirəsi yad edilir.

Müstəqillik uğrunda bir milyon yarım şəhid 1954-cü ilin son noyabr inqilabı zamanı şərəf meydanında mübarizə aparıb.

Bu qurbanlar Əlcəzair inqilabını bütün əlcəzairlilərin, eləcə də dünya xalqlarının xatirəsinə həkk edib və sonrakı nəsillər üçün əcdadlarından qalan azadlığın ölçülməz bir susuzluğunu və yorulmaz qüruru qorumağa yol açıb.

"Bu gün şəhidlər günü, öz torpaqlarını geri qaytarmaq uğrunda həyatlarını qurban verən və öz ölkələrinin azadlığı uğrunda mübarizə aparan azərbaycanlılar kimi, azadlığı hər şeydən üstün tutan və öz ölkəsinin müstəqilliyi uğrunda həyatlarını qurban verən Əlcəzair şəhidlərinin xatirəsini anmaq üçün qeyd olunur. Bu gün, Allahın istəyi və şanlı şəhidlərimizin sayəsində, Əlcəzair azad və müstəqildir. O, beynəlxalq birliyin üzvü statusunu qəbul edir və sülh və çiçəklənən dünya naminə olan ölkələr sırana qoşulur.

Əlcəzair xalqı şəhidlərimizin böyük qurbanlar verdiyi çiçəklənən gələcəyə gedən yolu davam etdirəcəkdir. Bu, böyük məqsəddir, lakin dəfələrlə nümayiş etdirdikləri kimi, əlcəzairlilər bu vəzifənin öhdəsindən gələ bilir və bunu həll edə bilirlər", - səfirliyin məlumatında qeyd olunub.





Pərvanə Sultanova
Azvision.az


Teqlər: şəhidlərgünü  



Xəbər lenti