Şəhid və itkin hərbçilərin ailələrinə dəstək göstərilir

Şəhid və itkin hərbçilərin ailələrinə dəstək göstərilir
  18 Fevral 2021    Oxunub:1969
Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanları tərəfindən Vətən müharibəsində şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinə sosial və psixoloji dəstək fəaliyyəti həyata keçirilir.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabit və dövlət qulluqçuları, eləcə də yerli icra hakimiyyəti orqanlarının nümayəndələri Vətən müharibəsində şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri ilə görüşərək onların sosial problemləri və məişət qayğıları ilə maraqlanıb, bu problemlərin həlli istiqamətində birgə işlər görüblər.



Görüş zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri ilə söhbətlər aparılmış və psixoloji işin tələblərinə uyğun olaraq real vəziyyətlə bağlı tövsiyələr verilmişdir.

Psixoloji bərpa və reabilitasiyaya ehtiyacı olan ailə üzvlərinin siyahısı tərtib edilərək ixtisaslaşmış psixoloji müayinə üçün mütəxəssislərə təqdim edilib.

Azvision.az


Teqlər: MN   Psixoloji-dəstək   Şəhid-ailəsi  






Xəbər lenti