`Silahsız` Ukrayna müxalifəti – VİDEO, FOTOLAR

`Silahsız` Ukrayna müxalifəti – VİDEO, FOTOLAR
  21 Fevral 2014    Oxunub:1413
Ukrayna baş səhiyyə idarəsinin son məlumatına görə çaxnaşmalarda 75 nəfər həyatını itirb. Lakin, daha 67 itkin düşmüş asayiş qoruyucusu haqda heç bir xəbərin olmadığını da nəzərə alsaq, qeyri rəsmi məlumatlarda bu rəqəm 100-ə kimi qalxır.

Ölkədəki vəziyyətlə bağlı bir çox fikirlər səslənir. AzVision.az xəbər verir ki, RT-yə müsahibə verən Avropa Geosiyasət Mərkəzinin politoloqu Mateuş Piskorski Kiyev küçələrindəki radikal qüvvələri `terrorçu` adlandırmaqdan belə çəkinmir. Siyasətçi ABŞ-də Uol-Strit ixtişaşlarında asayiş qoruyucularının dinc mitinqçilərə olan sərt reaksiyasını yada salaraq, Ukrayna xüsusi-xidmətinin daha mülayim olduğunu iddia edir.

Britaniya jurnalisti Nil Klark isə daha dərinə gedərək Avropa Birliyinin əlinin Maydanda qətlə yetirilənlərin qanına batdığını iddia edir.

Bu arada Ukraynanın şərqdə Rus dilli və qərb bölgəsinin əhalisinin fikrinin üst-üstə düşmədiyini nəzərə alaraq beynəlxalq müşahidəçilər vətəndaş müharibəsini və hətta ölkənin parçalanmasının belə baş verə biləcəyini bildirir.







Qalereya




Teqlər:  





Xəbər lenti