İstanbulda Azərbaycanın Ticarət Nümayəndəliyi yaradılacaq

 İstanbulda Azərbaycanın Ticarət Nümayəndəliyi yaradılacaq
  18 Fevral 2021    Oxunub:2739
“Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda yaxın gələcəkdə Ticarət Nümayəndəliyi yaradılacaq”.
Azvision.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında məlumat paylaşıb.

Nazir qeyd edib ki, bu, Azərbaycanın Türkiyə ilə iqtisadi-ticarət əlaqələrinin daha da genişlənməsinə töhfə verəcək.

Azvision.az


Teqlər: MikayılCabbarov  





Xəbər lenti