İşıq pulu artırılacaq? - Rəsmi açıqlama

  18 Fevral 2021    Oxunub : 3687
   İşıq pulu artırılacaq? -    Rəsmi açıqlama
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) elektrik enerjisinin tariflərinin artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib.

Azvision.az xəbər verir ki, bunu "Azərişıq” ASC sədrinin müşaviri Tanrıverdi Mustafayev deyib. Onun sözlərinə görə, elektrik enerjisinin ölkədaxili tariflərinin artırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
"Bəzi KİV-lərdə və sosial şəbəkələrdə elektrik enerjisi tariflərinin artırılması barədə məlumatlar yayılıb. Bu məlumatlar həqiqəti əks etdirmir. “Azərişıq” elektrik enerjisi tariflərinin artırılması üçün Tarif Şurasına müraciət etməyib", - deyə qurum rəsmisi bildirib.

Azvision.az

Teqlər: Azərişıq   Qiymət