Polşa səfirliyi EUNIC klasterinə qoşulub

Polşa səfirliyi EUNIC klasterinə qoşulub
  19 Fevral 2021    Oxunub:2198
Polşa Respublikasının Bakıdakı səfirliyi Azərbaycandakı yerli EUNIC klasterinə qoşulub.
Bu barədə Azvision.az -a Polşa səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, bu il klaster üzvlərinin ilk iclasında Polşanın Azərbaycandakı səfiri Rafal Poborski Əsasnamə sənədini (klaster kartı) imzalayıb.

Macarıstan səfirliyində keçirilən görüşdə önümüzdəki aylar üçün klaster fəaliyyət planları da müzakirə edilib.

Xatırladaq ki, Bakıda akkreditə olunmuş Çexiya, Yunanıstan, Macarıstan, Latviya, Litva, Rumıniya səfirlikləri “British Council” ilə birlikdə ötən il Azərbaycanda EUNIC (Avropa İttifaqı Milli Mədəniyyət İnstitutları) klasterini təsis ediblər.

Klasterin əsas məqsədi Azərbaycanda EUNIC üzvlərinin mədəni fəaliyyətlərini daha yaxşı əlaqələndirməkdir.

Sənəd davamlı sosial-iqtisadi inkişafa dəstək vermək, mədəniyyət mübadiləsini gücləndirmək, mədəniyyətlərarası dialoqun təşviqi və Avropanın mədəni müxtəlifliyini daha yaxşı başa düşməyə istiqamətlənib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: EUNICklasteri  





Xəbər lenti