ABŞ “Şimal axını -2”yə yeni sanksiyalar tətbiq edir

 ABŞ “Şimal axını -2”yə yeni sanksiyalar tətbiq edir
  19 Fevral 2021    Oxunub:1639
ABŞ Prezidenti Co Bayden administrasiyası “Şimal axını – 2” qaz kəmərinə qarşı əlavə sanksiyalar tətbiq edəcək.
Azvision.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata əsasən, yeni sanksiya siyahısında Rusiya ilə əlaqəli az sayda şirkətlərdən bəhs olunur.

Agentliyə görə, Almaniya şirkətlərinə sanksiya tətbiq olunmayacaq. Bayden administrasiyası layihənin həyata keçirilməsini dayandırmağa, amma eyni zamanda yaxın Avropa müttəfiqləri ilə qarşıdurmaya girməməyə çalışır.

Bundan əvvəl Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ-ın “Şimal axını-2” layihəsindəki mövqeyinin dəyişmədiyini, Vaşinqtonun boru kəmərini pis bir razılaşma hesaab etdiyini deyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Sanksiya  



Xəbər lenti