Rusiya XİN xarici diplomatları peyvəndə dəvət etdi

Rusiya XİN xarici diplomatları peyvəndə dəvət etdi
  19 Fevral 2021    Oxunub:1663
Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) ölkədə çalışan bütün xarici diplomatları koronavirus infeksiyasına qarşı peyvənd olunmağa dəvət edib.
Azvision.az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti bir neçə diplomata istinadla yazıb.

Rusiya XİN-dən məlumatı təsdiqləyiblər. Bildirilib ki, bütün xarici səfirliklərə belə dəvət göndərilib:

"Diplomatik korpusları koronavirus infeksiyasına qarşı peyvəndə dəvət etmə praktikası bir çox ölkələrdə mövcuddur və bu, başadüşüləndir".

Xarici İşlər Nazirliyi peyvəndləmə kampaniyasında iştirak etmək üçün Rusiyada akkreditə olunmuş beynəlxalq səfirliklərə və beynəlxalq təşkilatların nümayəndəliklərinə də dəvət göndərib.

Qəzetin yazdığına görə, “Sputnik V” peyvəndinin istifadəsinə icazə verildiyi Asiya, Afrika, Latın Amerikası və MDB ölkələrindən olan diplomatlar təklifi qəbul ediblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: peyvənd  





Xəbər lenti