İnzibati xətalar yeni qaydalarla aşkar ediləcək

   İnzibati xətalar yeni qaydalarla aşkar ediləcək
  19 Fevral 2021    Oxunub:1709
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.
Azvision.az xəbər verir ki, dəyişiklik layihəsi Milli Məclisin fevralın 23-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Dəyişikliklə məcəlləyə yeni maddə (81-1-ci maddə: Dövlət informasiya sistemlərinin (ehtiyyatlarının) məlumatları) əlavə olunur.

Yeni maddəyə (81-1.1) əsasən, bu məcəllənin 192., 192.2, 192.3, 194, 195.2, 496.2, 540.1 və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin məlumatlarından istifadə edilir.

81-1.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin məlumatları inzibati xəta haqqında elektron protokolda və ya inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd edilir.

Azvision.az


Teqlər: İXM   Dəyişiklik   MM  





Xəbər lenti