Ali Məhkəmənin növbəti Plenumu keçirildi - VİDEO

Ali Məhkəmənin növbəti Plenumu keçirildi -  VİDEO
  19 Fevral 2021    Oxunub:3940
Fevralın 19-da Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib.
Azvision.az -ın məlumatına görə, Ali Məhkəmənin sədri Plenum iclasını açaraq deyib ki, 2020-ci il bir sıra əlamətdar hadisələrlə yadda qalıb.

Bu hadisələrin ən önəmlisi Müzəffər Ali Baş Komandanın, Prezident İlham Əliyevin sərkərdəliyi, rəşadətli ordumuzun hünəri ilə otuz il düşmən işğalında olan torpaqlarımızın azad edilməsi olduğu bildirilib.



Qeyd olunub ki, bu zəfər xalqımızı daha da bütövləşdirdi, milli həmrəyliyimizi gücləndirdi: "Bizlərə yaşatdıqları qürur və fəxarət hissləri üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, ordumuzun hər bir əsgər və zabitinə təşəkkür edir, şəhidlərimizin ruhu qarşısında baş əyirik".

Həmçinin diqqətə çatdırılıb ki, ötən il həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsi olan Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanın icrası ilə bağlı bir sıra işlər görülüb. Fərmana uyğun olaraq, mühüm qanunlar qəbul edilib, o cümlədən cəza siyasəti humanistləşdirilib, karantin şəraitində elektron xidmətlərin göstərilməsi və məhkəmə proseslərində müasir informasiya-kommunikasiya texnologiyalarının və elektron idarəetmənin tətbiqi genişləndirilib.

Eyni zamanda vurğulanıb ki, 2020-ci ildə koronavirus (COVID-19) infeksiyasının bütün dünyada olduğu kimi, ölkəmizdə də həyatın bütün digər sahələri ilə bərabər məhkəmə fəaliyyətinə təsirsiz ötüşməyib. Nazirlər Kabinetinin müvafiq qərarları əsas götürülərək məhkəmələrdə bir neçə dəfə müəyyən müddətlik təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər istisna olunmaqla, icraatda olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınıb.

Qeyd olunub ki, Ali Məhkəmə pandemiya vəziyyəti ilə bağlı bir neçə dəfə mövcud koronavirus infeksiyası dövründə məhkəmə fəaliyyətinin həyata keçirilməsi qaydaları ilə bağlı tövsiyələrin əks olunduğu məlumatlar yayıb.

Azvision.az


Teqlər: Ali-məhkəmə  






Xəbər lenti