Pənahəli xanın əzəmətli qalası: Şahbulaqdan FOTOREPORTAJ

Pənahəli xanın əzəmətli qalası:  Şahbulaqdan FOTOREPORTAJ
  19 Fevral 2021    Oxunub:7703
İşğaldan azad olunmuş Ağdama səfərimiz zamanı Şahbulaq qalasında olduq. Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən qala 1750-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib.
Pənahəli xan Şuşa qalasını inşa edənədək Şahbulaq qalası Qarabağ xanlığının inzibati mərkəzi olub. Şahbulaq tikililəri Qarabağ xanlığının, xüsusilə də onun paytaxtı olmuş Şuşa şəhərinin memarlığına təsir göstərib.

Saray plana əsasən düzbucaqlı formada tikilib. Kompleksin ətrafı mühafizə divarları, dairəvi və yarımsilindrik formalı nəzarətçi qüllələri ilə əhatə olunub. Divarların hündürlüyü 7 metr, qüllələrin hündürlüyü 8,5 metr olub. Kompleksin girişi Şərq divarının mərkəzindən qoyulub. Girişin ətrafında bayırdan ikimərtəbəli qülləyəbənzər tikinti mövcud olub. Şahbulaq saray kompleksinin şimal-qərbində, bulağın yaxınlığında kiçik ibadət zalından və külafirəngidən ibarət çox da böyük olmayan bir məscid də inşa edilib.

Ermənilər 1993-cü ildə Ağdamın işğalından sonra digər tarixi abidələrimiz kimi Şahbulaq qalasını da özünkiləşdirməyə çalışıblar. Qalada olduğumuz zamanı bunun əyani şəkildə şahidi olduq. Belə ki, ermənilər füsunkar təbiətə malik ərazidə yerləşən Şahbulaq qalasından qazanc məqsədilə istifadə ediblər. Qalaya turistlərin qanunsuz səfərləri təşkil olunub. Bunu orada gördüyümüz giriş biletləri də təsdiqləyir.

























Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Şahbulaq   Qala   Ağdam  






Xəbər lenti