Rusiyada koronavirusdan ölənlərin sayı 82 mini keçdi

Rusiyada koronavirusdan ölənlərin sayı 82 mini keçdi
  19 Fevral 2021    Oxunub:1839
Rusiyada son sutka ərzində koronavirusa 13 433 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 139 031 nəfərə çatıb.

Rusiyada son sutkada 470 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 82 396 nəfərdir. İndiyə qədər 3 679 949 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  



Xəbər lenti