Ötən il Ali Məhkəməyə 24 minə yaxın müraciət daxil olub

   Ötən il Ali Məhkəməyə 24 minə yaxın müraciət daxil olub
  19 Fevral 2021    Oxunub:1085
Ötən il dövlət orqanlarından və bilavasitə vətəndaşlardan Ali Məhkəməyə 23 min 878 müraciət daxil olub. Həmin müraciətlərə müvafiq qaydada baxılıb və ya onlar cavablandırılıb.
Azvision.az xəbər verir ki, bu barədə fevralın 19-da Ali Məhkəmənin sədri Ramiz Rzayev Ali Məhkəmənin Plenumunun iclasında məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə görülən tədbirlər nəticəsində 2020-ci ilin martından başlayaraq vətəndaşların fərdi və kollektiv qaydada qəbulu dayandırıldığından qəbul digər vasitələrlə həyata keçirilib.

O qeyd edib ki, bu dövrdə Ali Məhkəmənin sədri, sədr müavini və kollegiya sədrləri tərəfindən 230 nəfər, o cümlədən 135 nəfər bölgələrdə qəbul olunub. Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, qaldırılan məsələlərlə bağlı izahlar verilib. Eyni zamanda, müraciətlər üzrə Ali Məhkəmənin qəbulda iştirak edən aidiyyəti məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib.

Azvision.az



Teqlər: Ali-Məhkəmə  






Xəbər lenti