Yarım milyondan çox istifadəçi ƏDV-sini "BirBank" ilə geri alıb
İndiyədək vətəndaşlar tərəfindən 132 milyondan çox kassa çeki barədə məlumat “https://edvgerial.kapitalbank.az/” portalında qeydə alınıb. Artıq təsdiq olunmuş çeklər üzrə təqribən 47,2 milyon manat ƏDV məbləği geri ödənilib və istehlakçıların elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirilib.
Əhaliyə təqdim edilən bu layihənin ilk maliyyə tərəfdaşı “Kapital Bank” və “BirBank” mobil tətbiqi olub. İstifadənin daha rahat olması üçün “BirBank” mobil tətbiqinin “Bonuslar” hissəsində “ƏDV geri al” bölməsi yaradılıb. Bununla da “BirBank” mobil tətbiqinin QR xidmətindən istifadə edərək çekin üzərində olan kodu skan edib, onu daha tez və rahat şəkildə portala əlavə etmək mümkün olub.
Rəqəmlərə baxsaq görərik ki, hazırda ƏDV məbləğini geri alan istehlakçıların böyük əksəriyyəti “BirBank” istifadəçiləridir. Portala daxil edilən çeklərin statistikasına baxsaq hər 4 nəfərdən 3-ü bunu “BirBank” vasitəsilə həyata keçirib (təqribən 85,4 milyon çek). 2021-ci ilin yanvar və fevral aylarında isə “BirBank” vasitəsilə sistemə daxil edilən çeklərin miqdarı 75 faiz civarında olub.
Bundan başqa, virtual “pul qabı”na yerləşdirilən vəsaiti “BirBank” mobil tətbiqi vasitəsilə ölkədaxili bank kartlarına köçürmək və nağdsız ödənişlər zamanı istifadə etmək mümkündür. Bu xidmətindən yararlanmaq üçün həm portal, həm də “BirBank” eyni mobil nömrə ilə qeydiyyatdan keçirilməlidir.
Qeyd edək ki, istehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində “https://edvgerial.kapitalbank.az/” portalına və ya “BirBank” mobil tətbiqinə müraciət etməlidir. Çekin 12 simvollu fiskal ID-sini elektron kabineti və ya “BirBank”ın QR-skan xidməti vasitəsilə sistemə daxil etməlidirlər.
Azvision.az
Teqlər: BirBank Kapitalbank







Vaxtında, Aydın, Lazımlı!


