Qarsdakı təlimlərdə iştirak edən hərbçilərimiz Vətənə qayıtdı - FOTO

Qarsdakı təlimlərdə iştirak edən hərbçilərimiz Vətənə qayıtdı -  FOTO
  19 Fevral 2021    Oxunub:1968
Qarsda keçirilən birgə hərbi təlimlərdə iştirak edən Azərbaycan heyəti Vətənə yola salınıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Təlimlərə qatılan Azərbaycan Silahlı Qüvvələrindən olan qardaşlarımızı mərasimlə ölkələrinə yola saldıq”, - deyə məlumatda bildirilib.

Xatırladaq ki, fevralın 1-dən 12-dək Qars şəhərində Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə qış təlimləri keçirilib.





Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qars   Təlim  






Xəbər lenti