Karantin qaydalarını pozan çay evi aşkarlanıb

Karantin qaydalarını pozan çay evi aşkarlanıb
  19 Fevral 2021    Oxunub:2090
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən çay evi aşkarlanıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, şəhərin Vidadi küçəsində yerləşən “Şirin həyat” adlı çay evinin gecə saat 12-dən sonra fəaliyyət göstərdiyi müəyyən olunub. Obyekti icarə əsasında işlədən rayonun Aşağı Tala kənd sakini Orxan Ramazanov və orada olan 6 nəfər Polis Şöbəsinə gətirilib.

Onların hər biri qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediliblər.

Azvision.az



Teqlər: DİN  






Xəbər lenti