İki qaziyə Gəncə İcra Hakimiyyətində vəzifə verildi
Çavuş Ayxan Babayev “N” saylı hərbi hissənin manqa komandiri kimi Cəbrayıl, Qubadlı və Laçın rayonlarının azadlığı uğrunda vuruşub. O, Azərbaycan Respublikası Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, 29.12.2020-ci il tarixli Sərəncamları ilə isə “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
Vətən müharibəsi iştirakçısı Rüstəmov Fərman Mərfət oğlu isə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə böyük məsləhətçi təyin olunub. Baş leytenant Fərman Rüstəmov N” saylı hərbi hissənin tağım komandiri kimi Füzuli rayonu və Tərtər rayonunun Suqovuşan kəndi uğrunda gedən döyüşlərdə iştirak edib.
Azvision.az