Ermənilər öz qəbirlərini də təhqir edirlər

Ermənilər öz qəbirlərini də təhqir edirlər
  19 Fevral 2021    Oxunub:2605
İrəvandakı “Nubaraşen” məzarlığında qəbirləri qarət etməkdə şübhəli bilinən iki nəfər tutulub.
Azvision.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, 51 yaşlı Ovsep Ovanisyan və 63 yaşlı Sarqis Xaçatryan polis şöbəsinə aparılıb.

Onlar 30-dan çox ailə məzarını təhqir etməkdə şübhəli bilinirlər. Xüsusilə bəzi qəbirlərdən düralüminium və digər qəbirüstü bəzək əşyaları qarət olunub.

Faktla bağlı araşdırmalar aparılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: qarət  



Xəbər lenti