Prezidentlər ölkəmizə gəlir

Prezidentlər ölkəmizə  gəlir
  27 Mart 2013    Oxunub:1390
Latviyanın sabiq prezidentləri və sabiq baş naziri Azərbaycana gələcək.
Latviya Respublikasının sabiq prezidentləri xanım Vaira Vike-Freiberga, Valdiz Zatlers, sabiq baş naziri Valdis Birkavs Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə reallaşdırılan birinci "Cənubi Qafqaz Forumu" çərcivəsində Azərbaycanda səfərdə olacaqlar.

AzVision.az-ın məlumatına gröə, xanım Vaira Vike-Freiberga Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının həmsədri olaraq may ayının 4-5-də Gəncə şəhərində keçiriləcək Qəyyumlar Şurasının toplantısında iştirak edəcək.

Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ilin sentyabr ayında Vaira Vike-Freiberga, Roza Otunbayeva, Süleyman Dəmirəl, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldinin dəstəyi və rəhbərliyi ilə yaradılmış beynəlxalq qeyri-siyasi və qeyri-kommersiya təşkilatıdır.


Teqlər:  





Xəbər lenti