İranda koronavirusdan daha 77 nəfər ölüb

İranda koronavirusdan daha 77 nəfər ölüb
  19 Fevral 2021    Oxunub:1957
İranda son sutka ərzində daha 8017 nəfər koronavirusa yoluxub, 77 pasiyent vəfat edib.
Azvision.az İranın Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ölkədə virusa yoluxanların sayı 1 558 159 nəfərə çatıb.

İndiyədək 59 341 nəfər pandemiyanın qurbanı olub, 1 331 162 pasiyent sağalıb. Hazırda 3669 xəstənin vəziyyəti ağırdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran  





Xəbər lenti