Putin niyə general deyil? - Peskov açıqladı

 Putin niyə general deyil? -  Peskov açıqladı
  19 Fevral 2021    Oxunub:2979
Rusiya Prezidenti Vladimir Putin polkovnik rütbəsinə malikdir.
Azvision.az xəbər verir ki, bunu prezidentin mətbuat katibi Dmitri Peskov deyib.

Putinin niyə general rütbəsi olmadığına dair suala cavab verən Peskov bildirib ki, Rusiya lideri bu ada dəfələrlə layiq olub. Lakin hazırda general olmaq onun üçün prioritet deyil.

"Onun çoxlu işləri var. Putin dövlətin fəaliyyəti ilə əlaqəli gündəlik məsələlərlə məşğuldur", - Peskov deyib.

Mətbuat katibi, həmçinin əlavə edib ki, Rusiya lideri kadr zabiti deyil.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VladimirPutin  



Xəbər lenti