Ermənistan əhalisi müxalifətin mitinqini boykot edir

 Ermənistan əhalisi müxalifətin mitinqini boykot edir
  19 Fevral 2021    Oxunub:2365
Ermənistanda rəyi soruşulan vətəndaşların 89,1 faizi fevralın 20-də paytaxt İrəvanda müxalifətin keçirəcəyi mitinqdə iştirak etməyəcəklərini bildiriblər.
Azvision.az xəbər verir ki, bu barədə “Gallup” Beynəlxalq Assosiasiyasının sorğusunun nəticələrində qeyd olunub.

Qurumun Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan bildirib ki, sorğu 15-17 fevralda bütün Ermənistan ərazisi əhatə olunmaqla aparılıb.

Xatırladaq ki, sabah İrəvandakı Azadlıq meydanında müxalifət mitinq keçirəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  



Xəbər lenti