Düşmənin viran qoyduğu tarixi məscid - Qiyaslıdan FOTOLAR

 Düşmənin viran qoyduğu tarixi məscid -  Qiyaslıdan FOTOLAR
  20 Fevral 2021    Oxunub:9754
Ağdamda 27 illik işğal zamanı təhqirlərə məruz qalan dini ibadət ocaqlarından biri də Qiyaslı kəndindəki məsciddir.
Ermənilər tarixi məscidi dağıdıb, heyvan saxlamaqla buranı tamamilə yararsız hala salıblar. Məscidin ətrafına, daxilinə yığılan ot bağlamaları və kəskin peyin qoxusu abidənin tövlə kimi istifadə olunduğunu göstərir. İşğalçılar rayonu tərk etməmişdən əvvəl isə məscidi yandırıblar.

Qeyd edək ki, Ağdam rayonunun Qiyaslı kəndi ərazisində yerləşən məscid XVIII əsrdə inşa olunub. Tikili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülüb.






















Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Ağdam   Qiyaslı   Məscid  






Xəbər lenti