Harri və Meqan titullardan imtina qərarını təsdiqlədi

Harri və Meqan titullardan imtina qərarını təsdiqlədi
  19 Fevral 2021    Oxunub:2168
Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl bütün titullardan imtina ilə bağlı bir il əvvəl qəbul etddikləri qərarı təsdiqləyiblər.
Azvision.az xəbər verir ki, bu barədə Bukingem Sarayı məlumat yayıb.

Qeyd olunub ki, şahzadə Harri və həyat yoldaşı Meqan kral ailəsinin üzvü kimi öz rəsmi vəzifələrinə qayıtmayacaq və Harri fəxri hərbi adlarından imtina edəcək.

Xatırladaq ki, 2020-ci ilin əvvəlində Harri və Meqan krallıq həyatından uzaqlaşıb və onlara qərarlarına yenidən baxmaq üçün bir il vaxt verilmişdi.

Cütlük hazırda ikinci övladlarının dünyaya gəlişini gözləyir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MeqanMarkl  



Xəbər lenti