İşğaldan azad edilən Ağdama geri döndük. 27 il həsrətində olduğumuz doğma torpaqlarda addımladıqca insanı dəhşət bürüyür. Bura sanki Ağdam deyil, Qafqazın Hirosimasıdır. Hər tərəf dağıdılıb, binalar sökülüb, bütün yaşayış evləri yerlə-yeksan edilib. İndi onların yerində dağıntılar və ot basmış ərazilər qalır.
Azvision.az -ın əməkdaşı Bəxtiyar Məmmədov mənfur düşmənin "Ruhlar şəhəri"nə çevirdiyi Ağdamdan ilk dəfə videobloq hazırlayıb.
Təqdim etdiyimiz videonu izləyərək Ağdamdakı vəziyyətlə tanış ola bilərsiniz: