Britaniyada koronavirusdan daha 533 nəfər öldü

Britaniyada koronavirusdan daha 533 nəfər öldü
  20 Fevral 2021    Oxunub:2096
Böyük Britaniyada son sutka ərzində 12 027 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Ölkə üzrə koronavirusa yoluxanların sayı 4 095 269 nəfərə çatıb.

Ötən 24 saatda daha 533 pasiyent dünyasını dəyişib. COVID-19 qurbanlarının ümumi sayı 119 920 nəfərdir. Britaniyada COVID-19-la bağlı vəziyyət hələ də kritik həddədir.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus  



Xəbər lenti