Türkiyədə növbəti “Evdə qal!” rejimi başladı

Türkiyədə növbəti “Evdə qal!” rejimi başladı
  20 Fevral 2021    Oxunub:1986
Türkiyədə koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində növbəti 56 saatlıq “Evdə qal!” rejiminin tətbiqinə başlanılıb.
Azvision.az xəbər verir ki, üç gün davam edəcək məhdudiyyət fevralın 22-də saat 5:00-də başa çatacaq.

Qeyd edək ki, hazırda Türkiyədə “Evdə qal!” rejimi iki mərhələdə aparılır. Həftənin ilk beş günü saat 21:00-dan başlanan rejim ertəsi gün 5:00-da başa çatır. Cümə günləri eyni saatda tətbiq olunan məhdudiyyət isə 56 saat qüvvədə olur.

Azvision.az


Teqlər: Türkiyə   Evdə-qal  





Xəbər lenti