Ermənistanda keçmiş məmur və media holdinq rəhbəri saxlanıldı

Ermənistanda keçmiş məmur və media holdinq rəhbəri saxlanıldı
  20 Fevral 2021    Oxunub:1682
Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) politoloq, "Karyak media" media holdinqinin həmtəsisçisi Karen Bekaryan və parlament aparatının keçmiş rəhbəri Ara Saqatelyanı saxlayıb.
Azvision.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Ruben Melikyan bildirib.

Bundan əvvəl, Bekaryanın evində, Saqatelyanın ofisində axtarış aparılıb.

Melikyana görə, onlar hərbi vəziyyət şəraitində məlumat yayma qaydalarını pozmaqda və millətlərarası ədavət və nifrət yaymaqda günahlandırılırlar. Hazırda istintaq hərəkətləri davam etdirilir.

Melikyan vəkillərinin apellyasiya şikayəti vermək niyyətində olduqlarını söyləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti