Əfqanıstanda iki partlayış olub, ölənlər var

Əfqanıstanda iki partlayış olub,  ölənlər var
  20 Fevral 2021    Oxunub:1832
Əfqanıstanın paytaxtı Kabil şəhərində iki partlayış baş verib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin “1TV” kanalı məlumat yayıb.

Qeyd olunub ki, paytaxtın iki rayonunda minalanmış avtomobillər partladılıb. İlkin məlumata əsasən, partlayış nəticəsində 2 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: partlayış  



Xəbər lenti